Bayraq günü münasibətilə "Bayraq mənliyimdir" adlı tədbir keçirildi

Noyabrın 7-də məktəbimizdə Bayraq günü münasibətilə "Bayraq mənliyimdir" adlı tədbir keçirilmişdir.Şagirdlərin ifasında müxtəlif şeirlər səslənib, mahnılar oxunmuşdur. “Bayraq” şeirindən sonra üç rəngli dövlət bayrağımız zala gətirilmişdir.

Sonra şagirdlər tərəfindən Bayraq gününə həsr edilmiş kompozisiyalar nümayiş etdirmişdir. Şagirdlərin çıxışları qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Tədbirdə Suraxanı YAP-ın nümayəndələri də iştirak etmişdir.

Tədbirin sonunda məktəbin direktoru Elnur Hüseynov çıxış edərək şagirdləri, müəllimləri ,tədbir iştirakçılarını təbrik etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi