“Edu.ann.az” layihəsinin təqdimatı keçirildi.

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri Təhsil İdarəsinin dəstəyi ilə ANN.az xəbər portalının hazırladığı "edu.ann.az” layihəsinin təqdimatına başlanılıb. İlk təqdimat mərasimi 8 aprel 2016-cı il tarixində Bakı şəhəri Suraxanı rayonu 275 saylı tam orta məktəbdə baş tutub. Lahiyənin meneceri Nigar Nezerova layihənin məqsədi haqqında məlumat verdi ki, layihənin əsas məqsədi şagirdlərin ədəbiyyat dərslərində verilən sinifdən xaric qiraət vasitələri ilə təmin olunması və onların asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil olunmasıdır. "Edu.ann.az” saytı vasitəsi ilə 5-11-ci sinif şagirdləri onlara tapşırılan əlavə ədəbiyyat materiallarını kitabxanaya getmədən, qısa bir zamanda əldə edə biləcəklər. Portalda orta məktəblərin ədəbiyyat proqramlarına salınmış bütün əsərlərin,ədəbi mətnlərin, nağıl və dastanların elektron versiyaları təqdim olunur. Sonda o qeyd etdi ki, orta məktəb proqramına əsasən Əlavə Oxu materialları da tədricən portalda yerləşdiriləcək. Müəllim və şagirdlərlə portalda qurulan interaktiv əlaqə vasitəsi ilə arzu olunan digər mətnlərin də sonra portala əlavə edilməsi mümkündür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi