"Təbiətimiz dünən, bugün və sabah" mövzusunda dəyirmi masa təşkil olundu

Coğrafiya aylığı çərçivəsində məktəbin m\b sədri Natəvan Heydərovanın rəhbərliyi ilə dəyirmi masa təşkil olundu.Tədbirdə məktəb rəhbərliyi, nümayəndələri, Respublika Uşaq Gənclər inkişaf mərkəzinin nümayəndəsi Humay Həsənova və şagirdlər iştirak edirdi.Dəyirmi masanın keçirilməsində məqsəd, təbiətin ekoloji problemlərini müzakirə etmək idi.Şagirdlər mövzu ilə əlaqədar müxtəlif layihələr təqdim edərək, təbiətin ekosistemini pozan səbəblər və onların bərpası üçün təkliflər ətrafında müzakirələr etdilər.