"Uşaq hüquqları" aylığına həsr olunmuş sinif saatı keçirilmişdir

Oktyabrın 25-də 5 "C" sinfində sinif rəhbəri Fatimə Dadaşovanın rəhbərliyi ilə "Uşaq hüquqları" mövzusunda sinif təşkilat saatı keçirilmişdir.
Uşaqların yaşamaq və inkişaf etmək, sağlamlıq, təhsil, fikir və söz azadlığı, mənzil və digər hüquqlarının olduğunu deyən sinif rəhbəri, onların əsas vəzifələrini də sadalamışdır. Şagirdlər, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, oz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrindən söz açmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi