"Xeyirxahlıq və humanizm nümunəsi" Mehriban Əliyeva haqqında müsabİqə keçirildi

   Mehriban Əliyeva,Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, təkcə ölkənin birinci xanımı deyil,həm də o bir vətəndaş olaraq Azərbaycan üçün çox böyük işlər görüb.Mədəniyyətimizin inkişafı, unudulmaqda olan muğamımızın yenidən ayağa qaldırıb dünyaya tanıdılması onun sayəsində əvəzedilməz bir işdir. O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı bir şəxsiyyət kimi vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığını daim vurğulamışdır və bu istiqamətdə saysız-hesabsız layihələrə imza atmışdır. Bununla bağlı 275 nömrəli məktəbin 7-ci sinif şagirdləri arasında müsabiqə keçirildi. Müsabiqədə Mehriban Əliyevanın indiyə kimi etdiyi xeyirxah işlər səhnədə şagirdlər tərəfindən təqdim edildi. Onun uşaqlıq illərindən indiyə kimi bütün ömür yolu slaydlarla, fotosərgilərlə, əl işləri üzərində olan təqdimatlarla, bukletlərlə nümayiş etdirildi. Hətta tədbirə 2 saylı uşaq evindən uşaqlar da dəvət olunmuşdu. Onlar Mehriban Əliyevanın onlar üçün etdiyi xeyirxah işlərdən danışdılar. Müsabiqədə münsiflər heyəti olaraq, məktəbin direktoru Elmira İsmayılova, TTİ üzrə direktor müavinləri, tarix, ədəbiyyat, təsviri incəsənət müəllimləri, həmçinin qonaq kimi dəvət olunan jurnalist iştirak edirdi. Onlar sonda qalib yer tutan sinifləri diplomla mükafatlandırdılar. Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə,təhsilinə göstərdiyi diqqətini biz hamımız yüksək səviyyədə qiymətləndiririk və ona işlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi