Həmid Araslının yaradıcılığına həsr olunmuş sinif təqdimatı keçirildi

Oktyabrın 7-də Akademik Həmid Araslının 110 illiyi münasibətilə ədəbiyyat müəllimi Könül Mahmudbəylinin rəhbərliyi ilə 8 "A" sinfində Həmid Araslının yaradıcılığı, dastanşunaslıq sahəsində elmi fəaliyyətinin araşdırılması məqsədilə sinif təqdimatı keçirildi.Dədə Qorqud dastanından geniş bəhs olunan təqdimatda şagirdlərin məlumatlılığı, aktivliyi nəzərə çarpırdı.