Müəllimlər günü qeyd olundu

Oktyabrın 4-də məktəbimizdə müəllimlər günü qeyd olundu. Ümumilli liderimiz Heydər Əliyev , “Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram” deyərək bu müqəddəs peşə sahiblərinə verdiyi yüksək dəyəri ifadə etmişdir.Heydər Əliyev daim müəllimlərin əməyini yüksək qiymətləndirərək onları öz qayğısı ilə əhatə etmişdir. Çünki, məhz müəllim əməyi nəticəsində cəmiyyət formalaşır, geniş dünyagörüşlü, bilikli, savadlı, nümunəvi əxlaqa malik insanlar yetişir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Hüseynov müəllimləri təbrik edərək, son illərdə müəllim peşəsinə artan maraqdan söz açdı.Təhsil islahatlarının əhəmiyyətini qeyd edən direktor, müəllimlərə xoş arzularını bildirərək onlara işlərində uğurlar arzuladı.Daim müəllimlərinin sevgi və qayğısı ilə əhatələnən şagirdlər, müəllimlərini söylədikləri şeir və nəğmələrlə səmimi qəlbdən təbrik etdilər.