31 mart Azərbaycanlıların soyqırımı günü

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış 31 mart Azərbaycanlıların soyqırımı tarixin açılmamış səhifələrindən biridir. 275 nömrəli tam orta məktəbdə “31 mart Azərbaycanlıların soyqırımı günü” qeyd edildi. İlk olaraq şagirdlər məktəbin foyesində 31 mart soyqırımına həsr edilmiş foto-stendlərlə tanış oldu. Sonra isə dəyirmi masa ətrafında tarix və ədəbiyyat müəllimi şagirdlərlə birgə geniş məlumatlar verdilər. Vətən uğrunda şəhid olmuş övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər erməni vandalizmindən, vəhşiliklərdən bəhs edən əsrlər boyu azərbaycanlılara qarşı törətdikləri videoçarxa baxdılar. Şagirdlər öz çıxışlarında qeyd etdilər ki, heç bir xalq erməni cəlladları qədər qəddar olmamış,vəhşiliklər törətməmişdir. Bİz bu soyqrımı heç vaxt unutmayacağıq.