Pedaqoji şuranın ilk iclası keçirildi

12.09.2019-ci il tarixində Ə.Eyvazov adına 275 nömrəli tam orta məktəbin akt zalında 2019 - 2020-ci tədris ilinin ilk pedaqoji şurası keçirildi.
Pedaqoji şurada məktəb rəhbərliyi və məktəb kollektivi iştirak etdi. İclası giriş sözü ilə məktəbin direktoru Elnur Hüseynov açaraq qarşıda duran məsələlər barədə məlumat verdi. Sonra isə müavinlər arasında vəzifə bölgüsü aparıldı. Ali məktəblərə qəbulun nəticələri, məktəbin illik fəaliyyət planının müzakirəsi keçirildi, direktor müavinlərinə təlimata uyğun olaraq qiymətləndirmənin düzgün aparılması , jurnala və şəxsi işlərə nəzarətin gücləndirilməsi tapşırıldı.

Direktor müavinləri Ayişə Məmmədova, Yaqut Ağayeva öz çıxışlarında dərs bölgüsü, siniflərin komplektləşdirilməsi I və X sinfə şagird qəbulunun nəticələri və məktəbə hazırlıq qruplarına sənəd qəbulu ,sinif rəhbərlərinin təyin edilməsi, şagird geymi, müəllim geyimi və yeni dərs ilində növbətçiliyin təşkili barədə geniş məlumat verdilər.

Məktəbin kitabxana müdiri Rəhilə Qaxıyeva şagirdlərin kitabla təmin olunması ilə bağlı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi