Yeni təyin olumuş direktor kollektivə təqdim olundu

Avqustun 21-də məktəbimizə yeni təyin olunmuş direktorun təqdimatı olmuşdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fuad Əsgərov və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Barxudar Barxudarov tərəfindən Hüseynov Elnur İsmayıl oğlu məktəb kollektivinə təqdim olundu. Daha sonra məktəbin son göstəriciləri təhlil olundu və yeni tədris ilində qarşıya qoyulmuş prioritet məsələlər müzakirə olundu. Yeni təyin olunmuş direktor məktəbimizin keyfiyyət göstəricilərini yüksəltmək üçün daim çalışacağına söz verdi.