Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olundu

Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə məktəbimizin ibtidai sinif müəllimi Səbinə Məmmədovanın rəhbərliyi ilə 3 "C" sinif şagirdləri Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada oldular.Şagirdlər dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan Qala muzeyi ilə yaxından tanış oldular.Eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, yaşayış evləri,qədim əşyaları geniş məlumat əldə etdilər.
Muzeyə ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi