Pedaqoji şuranın növbəti iclası keçirildi

İyunun 18-də məktəbimizdə 2018/2019-cu tədris ilinin yekunlarına həsr olunmuş pedaqoji şura iclası keçirildi. Məktəb rəhbərliyinin və müəllim kollektivinin iştirakı ilə keçirilən iclasda 2018/2019-cu tədris ilində görülən işlər barədə müzakirələr aparıldı. Siniflər arasında keçirilən müsabiqələrin, inşa yazı müsabiqələrinin, məntiqi-bilik yarışmalarının əhəmiyyəti vurğulandı. Sinif rəhbərlərinin fəaliyyəti barədə danışıldı.Məzunlarımızın göstərdiyi uğurlu nəticələr münasibəti ilə müəllimlərə təşəkkür edildi.
Direktor, həmçinin şagirdlərlə qarşılıqlı hörmət şəraitində münasibət saxlamağın vacib olduğunu qeyd etdi.Məktəbdə psixoloji sağlam mühitin faydaları haqqında danışdı. Psixoloqla görüşlərin və əməkdaşlığın zərurətindən danışan direktor, tərbiyə prosesinin müştərək bir proses olmasını da vurğuladı.
Daha sonra təhsil naziri Ceyhun Bayramovun cari tədris ili üçün məktəbin fəaliyyətinin əsas istiqamətləri barədə verdiyi əmrlərlə bağlı müavinlərin hesabatı dinlənildi.
İclasın sonunda məktəbin direktoru Fəridə Şərifova təqdim olunan hesabatlarla bağlı fikirlərini bildirdi.
Sonda 2018/2019-cu tədris ili ərzində fəaliyyəti ilə fərqlənən müəllimlər və fəxri fərmanla təltif olundu.