”Son zəng” çalındı

İyunun 14-da ölkəmizin hər guşəsində olduğu kimi bizim də məktəbdə ”Son zəng” tədbiri keçirildi.
Məktəbimizdə keçirilən “Son zəng “tədbiri məktəbin direktorunun, gələn qonaqların arzuları,11-cilərin çıxışı ilə yadda qaldı. İlk olaraq tədbirə Dövlət bayrağı gətirildi.Təbrik üçün ilk söz məktəbin direktoru Fəridə xanım Şərifovaya verildi. Fəridə xanım məktəbin nailiyyətlərindən,adlı-sanlı qabaqcıl müəllimlərindən danışdı. Məktəb və şagirdlərin müxtəlif müsabiqə iştirakçıları olduğunu qeyd etdi və nailiyyətlərinə görə fərqlənən şagirdləri diplomla təltif etdi. O, məzunları təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cənnət Əliyev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hüquq sektorunun müdiri Teymur Əhmədov iştirak edirdi.Məzunlar öz çıxışlarında məktəbdən ayrıldıqları üçün həm kədərləndiklərini, həm də sevindiklərini bildirdi. Kədərlənirdilər ki, onlar doğma məktəbdən,11 il bir sinifdə oxuduqları uşaqlardan, sevimli müəllimlərindən ayrılırlar.Sevinirdilər ona görə ki, müstəqil həyata qədəm qoyurlar.
Sonda son zəng səsləndi.Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi.Sizə uğurlar olsun ,əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi