"Narkomaniya bəşəriyyətin bəlasıdır" adlı tədbir keçirildi

 

İyunun 7-də DİN-in təşəbbüsü ilə məktəbimizdə narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirildi.Tədbirdə Suraxanı rayon Polis Idarəsinin rəisi polis polkovniki Namiq Həsənov və 33-cü polis bölməsinin əməkdaşları iştirak etdilər.
N.Həsənov qeyd etdi ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işidir.Tədbirin məqsədi yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərməyə, onların hüquq və mənafelərini qorumağa, qanunazidd əməllərin qarşısını almağa, tədris müəssisələrində təlim-tərbiyə işlərinin gücləndirilməsindən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi