Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası təşkil olundu

Xalqımızın əziz və müqəddəs bayramı Ramazan münasibətilə Qızıl Aypara Cəmiyyəti Bakı şəhəri Suraxanı rayon bölməsinin təşəbbüsü ilə məktəbimizin rəhbər heyətinin iştirakı ilə könüllü şagird, müəllim və valideynlər tərəfindən ehtiyaclı insanlara “ərzaq yardımı paketi” hazırlandı.Müqəddəs Ramazan ayında insanları paylaşmağa, yardım etməyə, bir-birinə kömək olmağa təşviq edəcək bu kampaniya çərçivəsində imkansız ailələrin müəyyən müddətlik ərzaq ilə təmin olunması nəzərdə tutulmuşdur.Söz alan qocalar daima onları diqqətdə saxlayan Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə və könüllülərə təşəkkürlərini bildirdilər.