"1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" qeyd olundu

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
1 " B" sinif şagirdlərinin hazırladığı təntənəli tədbirlə qeyd olunan konsert proqramının əsas mahiyyəti- diqqəti uşaq hüquqlarına yönəltmək idi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəridə Şərifova şagirdləri təbrik etdi. Bildirdi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirib və 1-ni iyunu Uşaqların Müdafiəsi Günü elan edib. BMT bu təşəbbüsü bəyənib və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib.Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Daha sonra bayram tədbiri şagirlərin hazırladıqlar maraqlı proqramla davam etdirildi. Uşaqlar çıxışlarında qeyd etdilər ki, "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü" müharibələrə yox deyərək, uşaqların sağlamlıqlarının, hüquqlarının müdafiəsi günüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi