"Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər" mövzusunda disput keçirildi

Milli dəyərlərimizin qorunması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın, dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Mayın 29-da məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayeva və psixoloqu Aysel Novruzova tərəfindən 8 "D" sinfində "Milli mentalitetimizi şərtləndirən başlıca keyfiyyətlər" mövzusunda disput keçirildi.Disput çərçivəsində milli adətlər, mənəvi dəyərlər, insani keyfiyyətlər, azərbaycançılıq idealogiyasının təbliği və.s.kimi mövzulara toxunuldu.Şagirdlərin bu mövzuda kifayət qədər məlumatlı olması diskusssiya şəraitində keçən görüşü daha da maraqlı etdi.