NARKOMANİYAYA QARŞI MÜBARİZƏ

16 mart 2016-cı il tarixində Suraxanı rayonu 275 saylı orta məktəbdə 10-11 ci sinif şagirdləri arasında "NARKOTİKƏ YOX DEYƏK ! " mövzusunda tədbir keçirildi. Tədbirdə Suraxanı rayonu 33-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Tuncay Abbasov, bölmənin rəis müavini polis mayoru E.Rəhimov və digər əməkdaşları iştirak etdilər. Məktəbin direktoru E.İsmayılova qonaqları salamladı, tədbiri açıq elan etdi. Sonra Tuncay Abbasov öz çıxışında şagirdlərə narkomaniya və siqaret çəkmək kimi vərdişlərə yiyələnmənin mənfi təsirləri, narkotikin insan həyatını necə məhv etməsi haqqında geniş məlumatlar verdi. " O qeyd etdi ki, gənclərimizin gələcəyi vətənimizin gələcəyidir. "Ağ ölüm" kimi tanınan narkomaniyaya qarşı mübarizə aparmalıyıq. Bir Azərbaycan gənci olaraq , dövlətimizin rifahı uğrunda, sizə dəyərli olan insanların, sevdiklərinizin və sizi sevənlərin naminə narkotikə yox deməlisiniz . Məktəblərdə təkcə maarifləndirmə işləri yox həmçinin yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır. Şagirdlərin asudə vaxtını daha səmərəli keçməsi üçün işlər görülməlidir və pis vərdişlərə aludə olmamaları üçün onlar mütaliəyə daha da cəlb edilməlidirlər ". Sonda əməkdaşlar tərəfindən şagirdlərə mövzu ilə bağlı bukletlər paylandı və video çarxlar nümayiş etdirildi.