Biologiya fənnindən açıq dərs keçirildi

Mayın 20-də məktəbimizin biologiya müəllimi Pərvanə Əzizova
6 "D" sinfində "Açıq dərs" keçdi. Dərsin məqsədi çiçəkli bitkilərin orqanları haqda, bitkidə həyat fəaliyyəti proseslərində generativ orqanlar, çoxalma prosesində ziqotun iştirak etməsi barədə və cinsiyyət hüceyrələrinin birləşməsindən vegetativ orqanlarının əmələ gəlmə prosesləri barədə məlumat vermək idi. Bitki orqanları ilə funksiyaları arasında uyğunluğu müəyyən etmək üçün interaktiv üsulla göstəriləməyə çalışıldı. Dərsin demək olar ki, bütün standartlara cavab verilməsi təmin olunmuşdur.Dərsdən sonra dərsi müşahidə edən müəllim və valideynlər dərsin gedişini müzakirə etdilər.