"Şərqdə doğan ilk günəş" adlı tədbir keçirildi

28 may Respublika günü ilə əlaqədar məktəbimizin tarix müəllimləri olan Aynur Məmmədova və Könül Əkbərovanın rəhbərliyi ilə 27 may 2019-ci il tarixində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Fəridə Şərifova tarixi günün Azərbaycan xalqının həyatındakı rolundan, Şərqdə ilk demokratik dövlət quruluşu olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən söz açdı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Daha sonra tədbir şagirdlərin azərbaycançılıq məfkurəsini əks etdirən rəqsləri və şeirləri ilə davam etdi.
“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış məktəbin İş Planına uyğun olaraq Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi məqsədilə məktəbin 9"D" sinfi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə "Mübariz" sinfi adlandırılmışdır. Tədbirin sonunda məktəbin direktoru tərəfindən sinif müəlliminə Mübariz İbrahimovun adını daşıyan diplom təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi