"İnsan hüquqları" mövzusunda sinif təşkilat saatı keçirilmişdir

Mayın 24-də məktəbimizdə Şəlalə Qasımovanın rəhbərliyi ilə insan hüquqları mövzusunda sinif təşkilat saatı keçirildi.Şəlalə müəllimə İnsan Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının səbəblərindən və yaranması tarixindən məlumat verdi. O, qeyd etdi ki, hər bir insan hüquqlarını öyrənərsə, özünü hüquqi cəhətdən bilikli hesab edərsə, bütün imkanlardan daha asan və səmərəli istifadə edə bilər. Bugün Azərbaycanda Uşaq Hüquqlarına, İnsan Hüquqlarına verilən dəyər hər birimizin həyatında özünü göstərir. Dünya ölkələrində, qonşu ölkələrdə bu sahədə aparılan və görülən işlər müqayisə olundu, hüquqlarımızın dövlət tərəfindən qorunması şagirdlərin diqqətinə çatdırıldı, suallar cavablandırıldı.