"Ekologiyanı qoruyaq" mövzusunda açıq dərs keçirildi

Mayın 24-də məktəbimizin biologiya müəllimi Könül Səfərəliyevanın rəhbərliyi ilə 9 " D" sinfində "Ekologianı qoruyaq" mövzusunda açıq dərs keçirilmişdir.Açıq dərsin məqsədi şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ekoloji məlumatlılıq səviyyəsini və ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarət idi.
Dərs zamanı gənc nəslin ətraf mühit ilə bağlı bilgilərinin möhkəmləndirilməsi üçün məktəblərdə ekoloji təbliğata daha çox fikir verilməli olduğu bildirilmişdir.
Bununla yanaşı, şagirdlərə ekoloji sahədə görülməsi zəruri olan işlərdən, təbiətin insanlara verdiyi nemətlərdən səmərəli istifadə olunmasının yolları barədə məlumat verilmişdir.
Şagird təqdimatlarına geniş yer ayrılmışdır.Məktəbimizin direktoru Fəridə Şərifova bu cür dərslərin mütəmadi keçirilməsinin, şagirdlərin ekoloji cəhətdən maarifləndirilməsinin vacibliyini vurğulamış, məktəbdə davamlı olaraq ekoloji aksiyaların təşkil edildiyi bildirilmişdir.