"Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi" mövzusunda dəyirmi masa keçirildi
Mayın 23-də məktəbimizin GÇH müəllimi Coşqun Soltanovun rəhbərliyi "Ordu quruculuğu, ölkəmizin müdafiə qüdrətinin güclənməsi" mövzusunda dəyirmi masa keçirildi.Dəyirmi masa çərçivəsində böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışının respublikanı labüd süqutdan xilas etməsi, Azərbaycan ordusunda ordu quruculuğunun yeni mərhələsinin başlanmasına səbəb olması qeyd olundu. Hal-hazırda ölkəmizdə Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi təkcə hərbi texnikadan deyil, bu texnikanı idarə edə biləcək savadlı, ixtisaslı kadrlardan, zabit korpusundan ibarət olduğu diqqətə çatdırıldı.