Valideynin məktəbdə bir günü

20.05.2019-cu il tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi.Valideynləri layihə barədə məlumatlandırmaqdan ötrü öncədən hazırlanmış dəvətnamələr valideynlərə təqdim olundu.Tədbirin rəsmi hissəsini məktəbin direktoru Fəridə Şərifova açaraq məktəbimizin 2018-2019-cu tədris ili üçün fəaliyyət planından, istiqamətlər üzrə görülən işlərdən danışdı.Məktəbin akt zalında baş tutan görüşdə valideynlər öz təkliflərini irəli sürüb fikir mübadiləsində iştirak etdilər. Növbəti mərhələdə valideynlər sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman zalı, məktəb kitabxanası və yeməkxana ilə əyani tanış olmaqla yanaşı məktəbdə keçirilən “Tullantıdan sənətə“ adlı sərgidə şagirdlərin əl işləri ilə də tanış oldular. Dərs müşahidələri ilə davam edən mərhələdə valideynlər yeni təlim üsulları ilə keçirilən müxtəlif dərsləri dinlədilər.Dərs müşahidələrindən sonra valideynlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin metodisti Yeganə Abdullayeva tərəfindən “Məktəb-valideyn-şagird münasibətləri” üçbucağı mövzusunda seminar keçirildi. 
Valideyn - məktəb əməkdaşlığı və onların bir - birini qarşılıqlı olaraq dəstəkləməsi şagirdin inkişafı üçün əlverişli psixoloji mühitin yaradılmasının əsas şərt olduğu qeyd olundu. Tədbirin bədii hissəsi məktəbin müsiqi müəllimi Xanım Qafarovanın rəhbərliyi ilə təşkil olunmuş konsert proqramı ilə davam etdi. Şagirdlərin bir - birindən maraqlı və rəngarəng çıxışları hamı tərəfindən bəyənilməklə yanaşı məktəbin ibtidai sinif müəllimi Səbinə Məmmədovanın öz şagirdləri ilə birgə qurduğu rəqs izləyicilərin böyük marağına səbəb oldu.Görüşün təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi