Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiya təşkil olundu

Mayın 10-da məktəbimizin 3 "Ç" sinif şagirdləri ibtidai sinif müəllimi Səbinə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Mülki Aviasiya Muzeyində və Heydər Əliyev Muzeyində
ekskursiyada oldular.Bölmələrlə tanışlıq zamanı məlum oldu ki, Bakıda ilk təyyarə uçuşları ötən əsrin əvvəlində köhnə Balaxanı şosesində (indiki Füzuli küçəsi) təşkil olunan “Aviasiya həftələri”ndə nümayiş olunub. Ekspozisiyadakı materiallardan, 1908-1910-cu illərdə Bakıda müvəqqəti aerodromların fəaliyyəti, ilk aviauçuşlar barədə məlumat verildi. Heydər Əliyev Muzeyinin 2006-cı ildə Mülki Aviasiya Muzeyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illik yubileyi münasibətilə yaradılması diqqətə çatdırıldı.Ekskursiya çərçivəsində şagirdlərimizin gənc pilotlarla görüşü də baş tutdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi