Dulusçuluq və keramika emalatxanasında bir gün

Mayın 9-da Hilalə Hüseynovanın rəhbərliyi ilə məktəbimizin 5 "B" sinif şagirdləri "Dulusçuluq və keramika” emalatxanasına ekskursiyada olmuşlar.
Sinif rəhbəri Hilalə Hüseynovanın təşkil etdiyi bu ekskursiya, şagirdlərin uyğun mövzuda keçirilən dərslərin mənimsənilməsində səmərəliliyinin artırılması üçün əhəmiyyətli olmuşdur.Dulusçuluq sənətinin Azərbaycanda sənətkarlıq istehsalının ən qədim sahələrindən olduğu və bu günə qədər öz əhəmiyyətini saxladığı şagirdlərin diqqətinə çatdırılmışdır.Şagirdlərimiz gildən müxtəlif formalar düzətməklə daxili istedadlarını üzə çıxarmış oldular.Onları ruhən dincəldən bu təcrübələr zamanı motorlu dulusçuluq dəzgahında gillə işləmək də xüsusi zövq verdi. Şagirdlər keramikada, qəlibdə gildən düzəltdikləri əl işlərini özləri ilə apara bilmək fürsətini də əldə etdilər.