Psixoloji anket sorğu keçirildi

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında hazırlanmış məktəbin İş Planına uyğun olaraq məktəbimizin psixoloqu Aysel Novruzova tərəfindən "Heç bir uşağı nəzərdən qaçırmayaq" ideyasını əsas tutmaqla hər bir şagirdin malik olduğu qabiliyyət və istedad potensialının aşara çıxarılması, onlarda öz imkanlarına inam hissinin aşılanması məqsədilə anket sorğu keçirildi.