Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətininin öyrənilməsi mövzusunda sinif təşkilat saatları keçirildi

Ümümmili lider Heydər Əliyevin 96 illik yubileyi münasibətilə məktəbimizdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətininin öyrənilməsi mövzusunda sinif təşkilat saatları keçirildi.
Belə ki, ibtidai sinif müəllmləri Leyla Məmmədova, Tahirə Gülməmmədova, Natella Quliyevanın rəhbərliyi ilə 3 "C", 4"F", 4 "E" siniflərində Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş sinif təşkilat saatı keçirildi,əl işləri sərgiləndi.
Müəllimlər tərəfindən şagirdlərə çatdırılmışdır ki, hər bir Azərbaycan vətəndaşının düşüncəsində Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçilik məfkurəsinin əsasını qoyan dahi bir şəxsiyyət kimi dərk olunur. Azərbaycanın uğurları, reallıqları, bütövlükdə qarşımızda açılan geniş perspektivlər bilavasitə Ümummilli Lider Heydər Əliyevin xidmətlərinin, müdrikliyinin və onun müəyyənləşdirdiyi siyasətin nəticəsidir.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni-yeni hədəflərin gerçəkləşdirilməsinə geniş yol açır.