Şagirdlərimiz Atəşgah məbədində

Məktəbimizin 5 "Ç" sinif şagirdləri Şəlalə Qasımovanın rəhbərliyi ilə Suraxanı rayonu ərazisində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuda ekskursiyada olublar.Yerli memarlıq ənənələri üslubunda tikilmiş “Atəşgah” özündə qədim od səcdəgahlarının cizgilərini birləşdirir. Hazırda dünyada yalnız iki yerdə — Şimali Hindistanda və Azərbaycanda atəşgah mövcuddur. Atəşpərəstlərin ən ali sitayiş və ibadət məbədi — ziyarətgahı isə məhz Azərbaycandakı Suraxanı Atəşgahıdır.