Ulu öndər Heydər Əliyevin 96 illik yubileyi qeyd olundu

Mayın 7-də məktəbimizn tarix müəllimi Könül Əkbərova və Aynur Məmmədovanın rəhbərliyi ilə təşkil olunmuş tədbirdə Heydər Əliyevin 96 illik yubileyi qeyd olundu.Azərbaycanının Dövlət himninin ifası ilə başayan tədbiri məktəbimizin direktoru Fəridə Şərifova açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb.Qeyd etmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir.
Şagirdlər tərəfindən şeirlər səsləndirildi,nəğmələr oxundu.