Məntiq Olimpiadasının ilk mərhələsi keçirilib

Mayın 4-də məktəbimizdə Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib.
Olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak edib.
Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.