"Gender bərabərliyi" mövzusunda dəyirmi masa təşkil olundu

Mayın 3-də tarix müəllimi Könül Əkbərovanın rəhbərliyi ilə 8" B" sinfində gender bərabərliyi mövzusunda dəyirmi masa təşkil olundu.Müzakirənin təşkil olunmasında əsas məqsəd gender problemini müzakirə etmək və şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaqdan ibarət idi. Gender məsələləri barədə ətraflı məlumat verildi, ölkəmizdə gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılıldı. Videoçarxlar nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.