Tarix fənnindən bilik yarışı keçirildi

Aprelin 30-da məktəbimizdə tarix fənni üzrə “Bilik yarışı”keçirildi. 6-ci sinif şagirdləri arasında təşkil olunan yarışmada şagirdlərə təqdim olunan suallar tədris ili ərzində keçilmiş bütün mövzuları tam şəkildə əhatə edirdi. Yüksək coşqu və rəqabət şəraitində keçən yarışmanın qalibi 6 "D" sinfi oldu. Sualların hazırlanmasında göstərdiyi köməyə görə 327 nömrəli məktəbin tarix müəllimi Nisə Abbasovaya təşəkkür edirik.