Akademik Zərifə Əliyevanın doğum günü qeyd olundu

Aprelin 26-da məktəbimizin kitabxana müdiri Rəhilə Qaxıyevanın və ədəbiyyat müəllimi Zeynəb Musayevanın rəhbərliyi ilə Akademik Zərifə Əliyevanın doğum günü qeyd olundu.
Məktəbin direktoru Fəridə Şərifova çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd etdi.Onun Tibb sahəsində yeniliklərindən danışdı.Məktəbimizin şagird kollektivi Zərifə xanıma həsr olunmuş şeirlər söylədilər.Video-çarx nümayiş olundu. Azərbaycan xalqı üçün əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərin xatirəsini hər zaman yad etməyin vətəndaşlıq borcu olduğu bir daha vurğulandı.