"Tibbi biologiyanın sirləri" adlı tədbir keçirildi

Aprelin 26-da məktəbimizin biologiya müəllimi, MB sədri Pərvanə Əzizovanın rəhbərliyi ilə keçirilmiş tədbirdə biologiyanın bütün sahələrinə geniş yer verilmişdi.Tədbirdə 6"D", 8"B", 8"E" sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Daxili orqanlar, qan-damar, ifrazat sistemi və s. əyani vəsaitlərin köməyilə şagirdlər tərəfindən təcrübəyə əsaslanaraq nümayiş olundu.8"E" sinif şagirdi İlqar Qardaşov xəstə üzərində qanda şəkərin miqdarını təyin etdi.6" D" sinif şagirdi Zəhra İsmayılova tərəfindən mikroskop altında soğanın dəricik hüceyrəsinin hazırlanması və baxılması maraqla qarşılandı.Qida piramidası tədbir iştirakçılarına nümayış olundu.Təbabətdə geniş istifadə olunan bitkilər haqqında məlumat verildi və bitkilərdən müxtəlif çaylar hazırlandı.Yaradılmış flora və fauna aləmi tədbir iştirakçılarının böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi