Heydər Əliyev mərkəzinə ziyarət təşkil olundu

Aprelin 24-də Şəhla Şahvəliyevanın rəhbərliyi ilə 4 "A" sinif şagirdlərinin Suraxanı rayonu Heydər Əliyev mərkəzinə ziyarəti təşkil olundu.Şagirdlər Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq,əyani vəsaitlərdən istifadə etmək imkanı qazandılar.Şagirdlər sonda H. Əliyev haqqında qısa filmə baxdılar.Heydər Əliyev Mərkəzi ilə birgə keçirilən görüşün məqsədi Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini uşaq və yeniyetmələr arasında geniş təbliğ etmək,ulu öndər Heydər Əliyev irsi ilə şagirdləri yaxından tanış etmək idi.