Tarix fənnindən bilik yarışı keçirildi

Aprelin 23-də məktəbimizin direktoru Fəridə Şərifova tərəfindən tarix fənni üzrə “Bilik yarışı”keçirildi .Yarışmanın təşkilatçısı, məktəbin direktoru Fəridə Şərifova müasir İKT vasitələrinin köməyindən istifadə edərək sualları elektron lövhə vasitəsi ilə təqdim etdi. 5-ci sinif şagirdləri arasında təşkil olunan yarışmada şagirdlərə təqdim olunan suallar tədris ili ərzində keçilmiş bütün mövzuları tam şəkildə əhatə edirdi. Yüksək coşqu və rəqabət şəraitində keçən yarışmanın qalibi 5 "F" sinfi oldu.