Oxu günü tədbiri

Aprelin 21-də məktəbimizin ibtidai sinif müəllimi Mədinə Məmmədovanın rəhbərliyi ilə 3 'B"sinif şagirdləri Heydər Əliyev Mərkəzinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə təşkil edilən "Oxu günü" tədbirində iştirak etdilər.
"Oxu günü" tədbirinin keçirilməsində əsas məqsəd yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitabların və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılamaq, şagirdləri mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağırmaqdan ibarətdir.
Şagirdlərin sağlam qida mövzusunda maraqlı çıxışları cənab nazir tərəfindən dəyərləndirildi.Tədbir müxtəlif məktəblərin rəngarəng çıxışları ilə yadda qaldı.