Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya təşkil olundu

Aprelin 12-də məktəbimizin müəllimləri Fatimə Dadaşova, Günel Paşayeva və Rəna Qurbanovanın rəhbərliyi ilə şagirdlər Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində ekskursiyada iştirak etdilər. 1930-cu ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey, Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Təbiət Tarixi Muzeyi mədəni keçmişimizin ən qürurverici və dəyərli bölmələrindən biridir.
Muzeydəki eksponatlar əsasən paleontoloji və zooloji nümunələr bölməsindən ibarətdir ki, bu da muzeyin keçmişini əks etdirir. Muzeyin bir yarısı, əsasən Azərbaycan ərazisindən tapılan fosilləri və mineral daşları nümayiş etdirir. Paleontologiya bölməsi nadir eksponatları ilə şagirdlərin böyük marağına səbəb oldu.