"Kosmonavtika günü" qeyd olundu

Aprelin 12-də məktəbimizin ibtidai sinif müəllimi Leyla Məmmədova tərəfindən təşkil olunmuş "Kosmonavtika günü" ilə bağlı tədbir keçirildi. Bu tədbirin keçirilməsində məqsəd şagirdlərin kainat, fəza, planetlər və kosmos sahəsində nailiyyətlər qazanmış görkəmli şəxsiyyətləri haqqında bilgilərin daha da genişləndirilməsi idi. Bu sahədə şagirdlərin fərziyyələri, düşüncələri çox maraqlı oldu. Şagirdlər özlərini kosmik aləmdə hiss edirdilər. Bununla əlaqədar gözəl səhnəciklər hazırlanmışdı. Bu səhnəcikdə uşaqlar kosmik aləmlə tanış olduqlarını bir daha nümayiş etdirdilər. Onların bu sahədə bilikləri izləyicilərin böyük marağına səbəb oldu. Tədbirin sonunda məktəb rəhbərliyi çıxış edərək tədbir təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi