"Yarat incəsənət mərkəzi", Rəngkarlıq muzeyinə ekskursiya təşkil olundu

"Yarat incəsənət mərkəzi", Rəngkarlıq muzeyinə ekskursiya təşkil olundu.
5 aprel "Gənc-ekoloq” dərnəyinin rəhbəri Humay Həsənovanın təşkilatçılığı ilə şagirdlərin "Yarat incəsənət məkanı" , Rəngkarlıq muzeyinə ekskursiyası təşkil olundu. Şagirdlər Azərbaycan rəssamı Əşrəf Muradın əsərlərindən ibarət sərgini ziyarət etdi,onun həyat və yaradıcılığı ilə yaxından tanış oldular. XX əsrin Azərbaycan rəssamlarından olan Əşrəf Murad (1925-1979) incəsənətin inkişafına əvəzsiz töhfələr vermiş və növbəti nəsil rəssamlar üçün ilham mənbəyi olmuşdur.Əşrəf Muradın yaratdığı əsərlər sənətkarı realist və dövrünün siyasi mühitinin həssas təsvirçisi kimi təqdim edir. Ekskursiya çərçivəsində məktəblilər rəssamın əsərləri ilə yaxından tanış oldular.Muzey bələdçisi onlara əsərlərin ideyasını daha yaxşı dərk etmək üçün yönləndirici suallar verdi. Rəssamın əsərlərindən ibarət olan oyunda şagirdlərin yaddaşı və diqqəti yoxlanıldı.
Məktəblilər rəssamın əsərləri ilə yaxından tanış oldular.Muzey bələdçisi onlara əsərlərin ideyasını daha yaxşı dərk etmək üçün yönləndirici suallar verdi. Rəssamın əsərlərindən ibarət olan oyunda şagirdlərin yaddaşı və diqqəti yoxlanıldı.