“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirildi

Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirildi. Məktəbin direktoru Fəridə Şərifova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 2016-cı il aprelin əvvəllində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixiləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi.Tədbirdə şagirdlər Aprel şəhidlərinin qəhrəmanlıqlarından bəhs edən şeirlər , mahnılar söylədilər.Məktəbin məzunu, aprel döyüşlərinin iştirakçısı , baş çavuş Mikayıl Feyziyev də tədbirin iştirakçılarından idi.O, həmin döyüşdən və döyüşdə şəhid olan əsgər yoldaşları haqqında öz xatirələrini şagirdlərlə bölüşdü. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə həm də qeyd olundu ki, “Əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.”