“Torpaq and yerimizdir” – Aprel döyüşlərinin il dönümü qeyd olunur

Məktəbin illik Fəaliyyət Planının 1.3.22-ci bəndinə uyğun olaraq 2016-cı il, aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliği məqsədilə 3 b sinif rəhbəri Mədinə Məmmədova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut Ağayeva, şagirdlər və valideyinlər Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru, 2016-cı ildə Aprel döyüşləri zamanı ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin üzvü, "Azərbaycan Bayrağı" ordenli Təbriz Musazadənin evində ailəsini ziyarət etmişlər. Şəhidin anasının dilindən şəhidin keçdiyi həyat yolu, xatirələri dinlənilmişdir.