" ƏSGƏRƏ SOVQAT " AKSİYASI UĞURLA BAŞ TUTDU

Ey Vətən oğlu !
Əsgər, yağış, qar, isti, soyuq səni qətiyyən yormasın. Sən Vətəni qoruduğun kimi, Vətən də səni qoruyur - səndən də çox. İstidə kölgələnməyə, sərinlənməyə, soyuqda daldalanmağa, isinməyə o qədər yer verir, qucaq açır ki sənə. Sən məhz xidmət vaxtı Vətənin, torpağın bir parçası olduğunu hiss edəcəksən.
Sən varsansa, Vətən var; Vətən varsa, sən varsan! "
275 nömrəli məktəb kollektivi "Əsgərə sovqat" aksiyasını uğurla həyata keçirdi. GÇH müəllimi Coşqun Soltanovun iştirakı ilə Beyləqan və Ağcəbədi bölgəsində hərbi hissəyə kollektiv adından bayram tədarükü və şagirdlərin yazdıqları məktublar əsgərlərə çatdırıldı.
Bu torpaq uğrunda saysız-hesabsız şəhidləri , canını-qanını fəda edən igidləri unutmamaq, sağlamlığını itirən əlilləri, ömrünün yarısını, yarısından çoxunu hərbi xidmətdə keçirən əsgərləri xatırlamaq hər bir vətəndaşın borcudur.