"NOVRUZ BAYRAM ADƏT-ƏNƏNƏLƏRİ ŞAGİRDLƏRİN İFASINDA

Novruz bayramı xalqımızın milli bayramıdır. Xalqımız bu bayramı hər zaman böyük sevinclə qarşılayır və qeyd edir. Hər il olduğu kimi bu il də məktəbimizin şagirdləri Novruz bayramı haqqında müxtəlif tədbirlər, əyləncələr təşkil etdilər. Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramı münasibətilə təşkil olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbirdə 5 "A" sinfi fəal iştirak etdi. Məktəbin direktoru Fəridə Şərifova valideynləri, müəllimləri və şagirdləri təbrik etdi. Bayram adət-ənənələrinə bu qədər dəyər verib qeyd etdikləri üçün təşəkkür etdi.