NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AÇIQ DƏRS TƏQDİM EDİLDİ

   Məktəbin 4 "E" sinfində Novruz bayramı münasibətilə ibtidai sinif müəllimi Natella Quliyevanın iştirakı ilə açıq dərs keçirildi. Şagirdlər “Su”, “Od”, “Yel” və “Torpaq çərşənbəsi” adlı qruplar şəkilində bölündülər. Dərsdə Novruz bayramı ənənələrinə uyğun olaraq “Bahar qızı”, “Keçəl ilə Kosanın oyunu”, Yumurta döyüşmə”, “Papaq atdı” səhnəcikləri məktəblilər tərəfindən göstərildi. Bayramla bağlı təqdim edilən tədqiqat sualı ətrafında müzakirə aparan qrup üzvlərinin yekun cavabı qrup rəhbəri tərəfindən səsləndirildi. Dərsin sonunda şagirdlərin fəallığı və bilik səviyyələri müəllim tərəfindən qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi