"SƏMƏNİ" MÜSABİQƏSİ VƏ RƏSM SƏRGİSİ KEÇİRİLDİ

Baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş ən yaxşı rəsm sərgisi keçirildi. Şagirdlər Azərbaycan xalqının milli bayramlarına həsr edilən sərgilərdə daim fəal iştirak edirlər. Təqdim edilən sərgi gənc rəssamların yüksək istedadını və bacarığını nümayiş etdirir. Orijinallığı ilə fərqlənən ən yaxşı səməni I yer 5 "E", II yer 4 "E", III yer 1 "D" sinifləri , ən yaxşı Novruz kompozisiyası üzrə yer tutanlar 5 "C" və 4 "E" sinifləri oldu. Digər işlər isə həvəsləndirici yerlərə layiq görüldülər. Məqsəd rəsmlər və əl işləri üzərində milli adət-ənənələri, dəyərləri yaşatmaq, digər şagirdlərə bir daha çatdırmaq idi.