ŞAGİRDLƏRİN SİLAHLI QÜVVƏLƏRİN TƏLİM TƏDRİS MƏRKƏZİNƏ SƏFƏRİ TƏŞKİL OLUNDU

Məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi Coşqun Soltanovun iştirakı ilə şagirdlərin Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə və Hərb Tarixi muzeyinə səfəri təşkil olundu. TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Əlavə təhsil kadr potensialının təkmilləşdirilməsini, hərbi qulluqçuların daim dəyişən və yenilənən xidmət şəraitinə uyğunlaşmasını təmin edir.
Daha sonra bələdçi Hərb Tarixi muzeyinin ilk zalı olan qədim, erkən, orta əsrlər dövrü, Manna-Midiya, Atropatena, Albaniya, Səfəvilər dövlətləri, Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri haqqında ətraflı məlumat verdi.