“Azərbaycan dili milli varlığımızdır” adlı şeir müsabiqəsinin və "Xocalı uşaqların gözü ilə" adlı inşa müsabiqəsinin qalibləri elan olundu

Fəaliyyət planına əsasən fevral ayında “Azərbaycan dili milli varlığımızdır” şeir müsabiqəsi və "Xocalı uşaqların gözü ilə" adlı inşa müsabiqəsi keçirildi. Qaliblər məktəbin direktoru Fəridə Şərifova tərəfindən diplomla mükafatlandırıldılar. Məktəbin istedadlı şagirdlərinə rəhbərlik tərəfindən daim qayğı, diqqət göstərilir. Onların bilik və bacarıqlarının bu cür müsabiqələrlə aşkar edilməsi təqdirəlayiqdir.