"Nəsimi ili" münasibətilə açıq dərs təqdim edildi

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi ili” elan edib. Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Bu münasibətlə məktəbin 7 "D" sinif müəllimi Mailova Günel açıq dərs təşkil etdi. Dərs zamanı şagirdlər Nəsimi haqqında geniş məlumatlar verdilər, hazırladıqları foto albomları təqdim etdilər. Müəllim Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etdiyini qeyd etdi.